booked.net

Şamaxıda “Qayalı” marketinin açılış mərasimi keçirilib.



Respublikamızda ölkə Prezidenti İlham Əliyev tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, ölkəmizdə bu sahə sürətlə inkişaf edir.  

Sentyabrın 12-də Şamaxıda  “Qayalı” marketlər şəbəkəsinin növbəti filialın açılışı olub. Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

“Qayalı” marketlər şəbəkəsinin növbəti filialının rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir. 

Yeni iş yerlərinin açılması baxımından ticarət mərkəzlərinin fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edir. Belə ki, burada 200-dən çox Şamaxı sakini işlə təmin olunacaq.

Bu da eyni zamanda rayon sakinlərinin məşğulluğunun artırılmasına tövhə verir. 

Həmçinin marketin yerləşdiyi ərazidə II Qarabağ müharibəsinin şəhidi mayor Asif Azayevin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub.
Açılış mərasiminin rəsmi hissəsi  bitdikdən sonra, bədii hissə ilə davam etmişdir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff