Azərbaycanda aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait digər bölgələrdə olduğu kimi Şamaxı rayonunda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan verir.
Rayon statistika idarəsindən “Şirvan”a bildirilib ki, 2019-cu ilin birinci rübündə Şamaxıda 127 yeni iş yeri açılıb. Açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin 11-i yeni yaradılan müəssisə və təşkilatlarda, 116-sı isə fiziki şəxslərdədir.
Qeyd edək ki, aqrar bölgə olan rayonda təsərrüfatın ayrı-ayrı sahələrində yüzlərlə sakin müvəqqəti iş yerlərində çalışır.
Şamaxıda bu ilin ilk üç ayında 127 daimi iş yeri açılıb
Date :18-04-2019, 13:53
Views :1 776
Share
Other news
1/5