booked.net

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edib


Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. 

Dövlətimizin başçısı hərbçilər qarşısında çıxış zamanı alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını böyük qürur hissi ilə qeyd etdi və bu şanlı tarixin  bizimlə əbədi olacağını vurğuladı. 

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Şuşanın azad edilməsi kimi hərb tarixində bənzəri olmayan bu unikal əməliyyatı xatırladıb: " Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq."

Qələbəyə gedən yol isə mütləq Şuşaya qovuşmalı idi. Xalqımızı o müqəddəs arzusuna çatdırmaq üçün Vətən oğulları hərb meydanında qeyri-adi döyüş hünəri, böyük cəsarət və igidlik göstərdi. Hər kəs anlayırdı ki, Şuşanın azad edilməsi müharibənin taleyini həll edəcək. Çünki Şuşanın strateji mövqeyi buna tam əminlik yaradırdı.  

Dövlətimizin başçısı çıxışında əbəs yerə demədi ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. 

Prezident İlham Əliyev Şuşanın azad edilməsi əməliyyatını geniş şərh etməsi, həmin döyüş əməliyyatı haqqlnda ürək dolusu, fəxrlə söz açması hər bir azərbaycanlının ürəyindən keçənlərin ifadəsi idi:  "Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb."

Dövlətimizin başçısı çıxışında onu da qeyd etdi ki, illər keçdikcə hərbçilərimizin qəhrəmanlığı hər kəs üçün daha bariz şəkildə aydın olacaq. Ancaq Çünki bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi.

Azərbaycan Ordusunun peşəkarlığı, vətənsevərliyinin nəticəsi idi ki, biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı.

Prezident İlham Əliyev çıxışında Azərbaycan Ordusunun qarşısında diz çökən Ermənistan hərbi birləşmələrinin gücsüzlüyünün, acizliyinin, qorxaqlığının bir nümunəsi kimi düşmən ordusunda baş verən fərarlriliyi xatırlatdı: "Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər."

Dövlətimziin başçısı çıxışında xalqımızı mənəvi cəhətdən sarsıdan Birinci Qarabağ müharibəsindəki ağır  məğlubiyyətin səbəblərinə də toxundu: "O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər." 

Antimilli hakimiyyətin müharibədə qələbə qazanması isə mümkünsüz idi. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına bildirməyə çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz.

Prezident İlham Əliyev həmin dövrdə rəsmi İrəvanın apardığı siyasəti sonralar da davam etdirmək cəhdlərinin qarşısını almaq, beynəlxalq aləmi torpaqlarımızın Ermənistan tərəfindən işağlı faktına inandırmaq üçün dövlətimizin çox istiqamətlərdə çalışdığını bildirərək dedi ki, bütün dünyaya sübut etməli idik ki, biz haqlıyıq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə beynəlxalq müstəvidə çox fəal iş aparırdıq. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Yəni, bu, çox önəmli beynəlxalq hüquqi zəmin idi.

Azadlıq savaşına başlamaq üçün ilk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Dövlət başçısı çıxışında qeyd edib ki, bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. 

Qələbəyə gedən yolda həlledici amillərədn biri də Azərbaycanın beynəlxalq müstəvidə apardığı çox fəal iş olmuşdur. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.

Avropa İttifaqına üzv ölkələrdən doqquzunun, digər ölkələrin Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalaması, ölkəmizin 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədr seçilməsi Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə qazandığı ciddi uğur idi. Bu da ölkəmizə  güclü beynəlxalq dəstək qazanmasını şərtləndirdi. 

Bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr bizə qarşı bəzi siyasi addımlar atmağa çalışması heç bir səmərə vermədi.
Prezident İlham Əliyev çıxışında Zəfərə gedən yolda   Azərbaycanın müsəlman ölkələri ilə sıx əlaqələr qurmaqla onlara Ermənistanın  təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət apardığın anlatmağa, Ermənistanı əsas dayaqlardan, demək olar ki, təcrid etməyə nail oldu. Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı.
 
Prezident İlham Əliyev xüsusi vurğuladı ki, vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Bu, dövlət başçısının gənclər siyasətinin əsas istiqamətlərindən biri idi və buna nail olundu. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Həmin ağır günlərdə milli mənsubiyyətindən asılı olmayaraq bütün Vətən övladları Azadlıq savaşında bir yumruq kimi birləşdi: "Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq."
Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi Zəfərə gedən yolu yaxınlaşdırdı. 

Dövlət başçısı çıxışında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri ilə bağlı fikirlərini də bölüşdü və vurğuladı ki,  bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Qazanılan maliyyə imkanları hərbi potensialın gücləndirilməsinə yönəldilir. 

Prezident İlham Əliyev gələn il üçün Azərbaycanın dövlət büdcəsinin, o cümlədən hərbi xərclərə ayrılacaq vəsaitin də rekord həddə çatmasına aydınlıq gətirdi: "Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Ona görə biz hər zaman hazır olmalıyıq və biz hazırıq."

Prezidentdən rəsmi İrəvana xəbərdarlıq: "İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə- istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr- bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır."

Prezidentdən erməni revanşistlərinə daha bir xəbərdarlıq: "Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər."

Dövlətimizin başçısı çıxışında xatırlatdı ki, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?

13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib.

Azərbaycanın postmüharibə dövründə yaratdığı reallıqların səbəbini gəlincə, dövlət başçıs dedi ki,  ilk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir.

Prezident inamla söylədi ki, azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri gedir, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik.

Prezident erməni xalqına müraciət etdi. İndi erməni xalqı seçim qarşısındadır. Onların hansı yolu seçəcəkləri bəlli deyil. Konfrantasiya, revanşizm yolu seçiləcəksə dövlət başçısının da dediyi kimi Azərbaycan buna layiqli cavab verməyə hazırdır. Həmçinin bu qarşıdurmada hansısa bir tərəfdarlarla Azərbaycana təzyiq etmək də mümkün olmayacq. Çünki erməni tərəfi bu yolu seçmiş olsa, Azərbaycan sözsüz ki, buna adekvat cavab verəcək. Amma Ermənistan cəmiyyəti nəhayət düşünməlidir ki, bu yol onlar üçün yeni itkilərə gətirib çıxaracaq. Burada digər yol sülhdən keçir. Sülh yolu seçilsə itkilərdən, qarşıdurmadan xilas olub gələcəyə baxmaq mümkündür. Ölkə başçısı tərəfindən Şuşada səslənən məqamlardan bir də o oldu ki, bəziləri Ermənistanın xoşuna gəlmək üçün hansısa bəyanatlar verir. Əslində bu bəyanatlar heç də Ermənistanın maraqlarına görə edilmir. Xarici oyunçular burada öz maraqlarını güdür. Bunun isə qurbanı erməni xalqı olacaq. Bu baxımdan ölkə başçısının vermiş olduğu mesaj qarşı tərəf üçün çox vacibdir. Azərbaycan ədalətli sülh istəyir. 

Prezident İlham Əliyevin Zəfər Günündə söylədiyi kimi, bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff