booked.net

Prezident İlham Əliyev 15 noyabr tarixində Albaniyada rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış edib


Prezident İlham Əliyev: "...Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına səfərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək idi.  

Səfər zamanı təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

Ölkə başçımız çıxışında iki ölkə arasındakı iqtisadi, siyasi münasibətlərə və ikinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətlə bağlı məqamlara toxunaraq bildirib ki, Albaniya ilə gələcək əməkdaşlıq üçün gözəl imkanlar vardır. 

Prezident İlham Əliyev bəyanatında Azərbaycan və Albaniya dövlətlərinin beynəlxalq  təşkilatlardakı uğurlu əməkdaşlığını xüsusi vurğulayıb: "...Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk."

Dövlət başçısı İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın öz əzəli torpaqlarını işğalçılardan azad etdiyini və beynəlxalq hüququ bərpa etdiyini bir daha bəyan edib.

Erməni qəsbkarların ərazilərimizn 20 faizini işğal etməsini böyük cinayət adlandıran ölkə başçısı zəbt edilmiş torpaqlarımızda qanunsuz məskunlaşmanın aparılmasını hərbi cinayət adlandırıb. Həmin illərdə ərazilərimiz yararsız hala salan erməni cinayətkarlarının törtədikləri vandalizm aktlarının sayı ölçüyəgəlməzdir. Onlar işğal dövründə həmin ərazilərimizdə yerləşən tarixi abidələrimizin, yaşayış evlərimizin demək olar ki, əksəriyyətini dağıdıblar. Bəzi yaşayış məskənlərimizi isə tamamilə yer üzündən  siliblər. 67 məsciddən 65-ni yerlə-yeksan edən, qalan iki məsciddə isə heyvan- inək, donuz saxlamış erməni vandalları bununla, əslində bütün müsəlmanların hisslərinə toxunublar.

Təssüflər olsun ki, erməni vəhşilərinin insanlığa sığmayan bu hərəkətlərinə, soydaşlarımıza qarşı törətdikləri soyqırıma, torpaqlarımızı zor gücünə ələ keçirməsinə dünya səssiz qaldı. Bəzi beynəlxalq etirazlarsa illərlə masada üstünü toz basmış sənədlərdə susqun qalmaqdan o tərəfə keçmədi.
 
Prezident İlham Əliyev: "Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm." 

Dövlət başçısı bəyanatında Azərbaycanla Albaniya arasında iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupunun tezliklə birinci iclasının keçirməli olduğunu, əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanların mövcudluğunu qeyd edib: "...qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq." 

Prezident İlham Əliyev bəyanatında qaz təchizatı məsələlərinə də toxunub: ""...Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir." 

Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi bir daha onu göstərir ki, Azərbaycan qaz ehtiyatları ilə zəngindir. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınması və qiymətləndirilməsi ölkəmiz üçün qürurvericidir. 

Azərbaycan Prezidenti bəyanatında dost ölkəyə maraqlı təkliflə də çıxış edib,- Albaniyada qaz şəbəkəsinin yaradılması sahəsində ölkəmiz investor kimi iştirak edə bilər. 

Dövlət başçısı iki ölkə arasında əməkdaşlıqdan da danışıb, Albaniyanın NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verdiyini xüsusi minnətdarlıqla qeyd edib. 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff