booked.net

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”


25  aprel 2023-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirildi.
Tədbiri salamlama nitqi ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd etdi ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. Natiq həmçinin Ulu Öndərin adı ilə bağlı olan ölkə həyatının bütün sahələrin paralel və dinamik inkişafının bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.
  Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə milli intibahın təminatında başlıca vasitə sayılan, cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayan elm və təhsil  sahəsindəki islahatlarından ətraflı bəhs etdi. 
 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova çıxış edərək  ölkəmizin çiçəklənməsində, xalqımızın dünyaya tanıdılmasında misilsiz rolu olan Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açdı. 
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.
  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxışında qeyd etdi ki, bugünkü möhtəşəm Azərbaycanımızın danılmaz tərəqqisinin banisi, hamımız üçün doğma və unudulmaz olan Ümummilli Liderdir. Heydər Əliyevin ideyaları cənab prezidentimiz İlham Əliyevin siyasətində yaşayır və zəfər çalır. 
Çıxış edən natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyin əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğuladılar.
Sonra tədbir bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri Ağadadaş Ağayev, Nurəddin Mehdixanlı , Məleykə Əsədova və Azərbaycan Respublikasının əməkdar artisti Elnur Zeynalovun ifasında Ulu öndərə həsr olunmuş şeir və mahnılar səsləndirildi.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff