booked.net

“Heydər Əliyev Azərbaycanda demokratik inkişaf yolunun banisidir” mövzusunda elmi-praktik konfrans


ADPU-nun Şamaxı filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş növbəti tədbir mayın 6-da keçirildi. Tədbirin fəxri qonağı Milli Məclisin Şamaxı rayonu üzrə millət vəkili Tamam xanım Cəfərova idi.
İlk olaraq tədbir iştirakçılarını salamlayan filialın direktoru, dosent Tünzalə Yusifova çıxışında qeyd etdi ki, Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə malikdir. Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam edən geniş quruculuq işləri məhz Heydər Əliyev zəkasının bəhrəsidir.
Tamam xanım Cəfərova Ulu öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə həyata keçirdiyi uğurlu islahatlardan danışdı. Qeyd olundu ki, Azərbaycanın tarixinə qurucu, xilaskar və uzaqgörən siyasətçi kimi daxil olmuş Ulu Öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Dəyərli millət vəkili Ulu öndərlə bağlı xatirələrini də tədbir iştirakçıları ilə bölüşdü.
“Heydər Əliyev Yeni Azərbaycanın qurucudur” mövzusunda məruzə ilə çıxış edən Dil-ədəbiyyat və onların tədrisi texnologiyalarıı kafedrasının müəllimi Rima Quliyeva bildirdi ki, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir.
Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov çıxışında Ümumilli liderin Azərbaycan təhsilinin inkişafında oynadığı roldan və bu siyasətin bü gün cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilməsindən danışdı.
Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşov “Heydər Əliyev fenomen şəxsiyyətdir” mözsusunda çıxış edərək dahi şəxsiyyətin humanizmindən, sadə xalq nümayəndələrindən tutmuş görkəmli ictimai xadimlərə qədər hər bir vətəndaşa göstərdiyi qayğıdan danışdı
Tarix və coğrafiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Cəbiyeva Türkay “Heydər Əliyev və Azərbaycan gəncliyi” və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ili tələbəsi Əliyev Emil “Ordu quruculuğunun banisi Ümummilli lider Heydər Əliyev” mövzularında çıxış edərək Ulu Öndərin irsinin müasir gənclik üçün əsl örnək olduğunu qeyd etdilər.
Sonda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ili tələbələri Cəbrayılova Narınc, Abdullazadə Şəfaqət, Hacıyeva Turanə və Mustafayev Nəsiminin səsləndirdikləri “Bu dünya durduqca Heydər var olsun!” şeir kompozisiyası iştirakçılara qürur dolu anlar yaşatdı.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff