booked.net

9 Noyabr- Dövlət Bayrağı Günü


Dövlət bayrağı xalqımızın azadlıq ideyalarının, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Xalqımız tarixən bayrağı uca tutmuş, ona ehtiram göstərmiş, öpərək and içmiş, bayraq gətirilən mərasimlərdə onu ayağa qalxaraq qarşılamış və bayraqlar sancılan zirvələri müqəddəs məkan bilmişdir. Nəsildən-nəslə ötürülən ənənə bu gün də yaşadılmaqdadır.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində bu gün üçrəngli, ay-ulduzlu bayrağımız azad edilmiş ərazilərimizdə də vüqarla dalğalanır.
9 Noyabr 2021-ci il tarixində Şamaxı şəhərində Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Şamaxı RPŞ-nin DYPB nin əməkdaşları və idarənin gənc könüllüləri ilə birgə 9 Noyabr “Dövlət Bayrağı Günü” münasibəti ilə “QarabağAzərbaycandır!” devizi altında aksiya keçirildi.
Aksiya çərçivəsində Şamaxı RPŞ-nin DYPB-nin əməkdaşları şəhərin mərkəzi küçələrində sürücüləri saxlayaraq bayram münasibəti ilə təbrik etdi və onlara kiçik bayraqlar təqdim etdilər. Daha sonra Gənclər və İdman İdarəsinin əməkdaşları idarənin gənc könüllüləri ilə birgə şəhərin müxtəlif yerlərində, mərkəzi küçələrdə, fərdi yaşayış evlərinin və idman obyektlərinin qarşısından Azərbaycan Respublikasının Dövlət Bayraqlarını asdılar.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff