booked.net

Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə gənclər və könüllülər arasında “Heydər Əliyev irsini öyrənirik” devizi altında dəyirmi masa keçirilmişdir.


20 avqust  2021-ci il tarixində  Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə gənclər və könüllülər  arasında   “Heydər  Əliyev   irsini öyrənirik”  devizi  altında  dəyirmi  masa  keçirilmişdir. Tədbir        25 nəfər gəncin iştirakı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  yaradılmış Operativ Qərərgahın tələb və tövsiyyələrinə uyğun təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Sonra tədbirdə iştirak edən Kənd Təsərrüfatı Aqrar İnkişaf Mərkəzinin Şamaxı rayonu üzrə şöbə müdiri, AİM-zi könüllülərinin  rəhbəri Əli Mahmudov, YAP Şamaxı Təşkilatının gənclər birliyinin sədri Nuranə Məmmədova və rayonun fəal gənci Hilal Bəkirov çıxış edərək Ulu öndər Heydər Əliyevin təhsil, səhiyyə, idman, sosial-iqtisadihərbi, mədəniyyət və digər sahələrdə gördüyü əvəzsiz xidmətlərindən danışdılar. Sonda Şəhriyar qəsəbə tam orta məktəbinin şagirdi Gülbahar Sərxanova Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeir parçası ilə çıxış etdi.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff