booked.net

“UĞURLU TƏHSİL İSLAHATLARININ BANİSİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV” MÖVZUSUNDA ELMİ SEMİNAR



Mayın 4-də ADPU-nun Şamaxı filialında Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri, “Uğurlu təhsil islahatlarının banisi- ulu öndər Heydər Əliyev” mövzusunda onlayn elmi-seminar keçirildi. Seminarda filialın professor-müəllim heyəti və tələbələri, həmçinin Şamaxı rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Könül Eyvazova və Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova iştirak edirdilər.
Seminarın işinə uğurlar arzulayan filialın direktoru, dosent Tünzalə Yusifova Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında oynadığı roldan da danışdı. T.Yusifova təhsildə keyfiyyətin, şəffaflığın, tərəqqinin məhz Ümummilli liderin adı ilə bağlı olduğunu xüsusi vurğulayaraq bildirdi ki, təhsilin bütün pillələrində, xüsusən ali təhsil pilləsində aparılan uğurlu islahatların əsası 70-ci illərdə dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də cənab prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Seminarda təlimçi qismində Tərbiyə işləri üzrə direktor müavini, Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Şəlalə Seyidova çıxış edərək Azərbaycan təhsil tarixinin 70-ci illərdən bu günkü dövrədək keçdiyi inkişaf tarixini mərhələlər üzrə təqdim etdi, Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə təhsilin yüksəliş dövrü olduğünu vurğuladı. Qerd olundu ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin bugünkü inkişafına zəmin yaratmış oldu.
Seminar diskussiya şəklində davam etdirildi. Tələbələr tərəfindən səsləndirilən suallar və onlara verilən ətraflı cavablar seminarın əhəmiyyətli olduğunu göstərdi.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff