booked.net

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Məzunlarla görüş” keçirildi


19 iyun 2021-ci il tarixində ADPU-nun Şamaxı filialında (Mikrosof Teams Platformasında) Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 və Şamaxı filialının 30 illik yubileyləri ərəfəsində “Məzunlarla görüş” keçirildi.
Görüşün Şamaxı filialının 30 illik fəaliyyətini əks etdirən video çarxın nümayişi ilə başlamasını iştirakçılar böyük maraqla qarşıladılar. Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə xanım Yusifova görüş iştirakçılarını salamladı və filialın 30 illik fəaliyyətini əks etdirən təqdimatla çıxış etdi.
ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli görüş iştirakçılarını universitet adından salamlayaraq xoş arzularının bildirdi.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Mehriban xanım Eyubova Şamaxı filialının məzunları ilə görüşün əhəmiyyətini qeyd etməklə, filialın Şamaxı rayonunun ictimai-siyasi və mədəni həyatında mühim rol oynadığını qeyd etdi və tədbir iştiraşçılarına uğurlar arzuladı.
1991-2012-ci illərdə ADPU-nun Şamaxı filialının direktoru vəzifəsini icra etmiş, hazırda filialın Sosial və pedaoji elmlər kafedrasının müdiri vəzifəsində çalışan, “Əməkdar müəllim”, Şamaxı rayon Ağsaqqalar Şurasının sədri Mayıl Alcanov görüşdə çıxış edərək filialın yaranma tarixindən və məzunlarla bağlı xoş təəssüratlarından danışdı.
Filialın məzunlarından “Tarix və coğrafiya müəllimliyi” ixtisasının 2011-ci il məzunu Şamaxı rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev, 2004-cü il məzunu, Ucar rayon Rəşdə kənd orta məktəbin direktoru, Prezident Təqaüdçüsü, I Qarabağ müharibəsinin əlili, “Azərbaycan müharibə veteranları və şəhid ailələri İctibai Birliyi”nin Ucar rayon şöbəsinin sədri Rahib Rəsulzadə, 2017-ci il məzunu, İsmayıllı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, “Vətən müharibəsinin iştirakçısı”, Cəbrayılın və Qubadlının azad olunması medalları ilə təltif olunmuş Ramiz Nuriyev, 2003-cü il məzunu, Şamaxı rayon Nağaraxana kənd tam orta məktəbin direktoru 2013-cü ildə “İlin müəllimi” müsabiqəsinin qalibi İqbal Məmmədov, 2003-cü il məzunu, texnika üzrə fəlsəfə doktoru, AMEA-nın doktorantı, BİPİ Əməliyyat Şirkəti mədən mühəndisliyi qrupunun rəhbəri Ağamehdi Əliyev, 2010-cu il məzunu Ağsu rayon Təhsil Şöbəsinin metodkabinet direktoru Elnur Fərzəliyev, 2004-cü il məzunu, Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin Tədris işləri üzrə direktor müavini, “Tərəqqi” medallı Könül Abdulrahmanova, 1997-ci il məzunu, Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbin müəllimi, “Əməkdar müəllim” Pərviz Yəhyalı, 2011-ci il məzunu, 2014-cü il MİQ imtahanları üzrə ölkə rekortçusu, MM Akademiya mərkəzinin təsisçisi, BDU-nun doktorantı, Xırdalan şəhər 10 saylı məktəbin müəllimi Şəfəq Nağıyeva, hazırda filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının sonuncu tədris ili tələbəsi, THİK-nın sədr müavini Rəqsanə Abdullayeva və çıxış edən digər məzunlar təhsil illərində filialla bağlı təəssuratlarını görüş iştiraşçıları ilə bölüşməklə yanaşı əmək fəaliyyətlərində və həyat yolunda qazandıqları uğurlara görə Şamaxı filialının rolunu xüsusi qeyd etdilər və başda filialın direktoru dosent Tünzalə xanım Yusifova olmaqla bütün professor-müəllim heyətinə təşəkkürlərini bildirdilər.
Məzunlarla görüşdə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən
və bu qələbədə filialın məzunlarının qəhrəmanlığından qürur hissi ilə danışıldı. 2011-ci il məzunu Elgün Əzizovun Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olaraq “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarla təltif olunması, 2016-ci il məzunu Orxan Nəbiyevin Suqovuşan yüksəkliklərində gedən döyüşlərdə şəhid olaraq “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovşanın azad olunmasına görə” medalları, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunması xüsusilə qeyd olundu. Eyni zamanda bildirildi ki, onlarla məzunumuz “Vətən müharibəsində” yüksək vətənpərvərlik nümunəsi göstərərək Ali Baş Komandan tərəfindən vətənpərvərlik müxtəlif orden və medallara layiq görulmüşdülər.
Məzunlar Şamaxı filialının məzunları olduqlarından şərəf duyduqlarını qeyd etməklə bu görüşü təşkil etdikləri üçün filialın rəhbərliyinə dərin minnətdarlıq hissi bildirdilər.
ADPU-nun Şamaxı filialının məzunları ilə görüş bir daha təsdiq etdi ki, filial fəaliyyət göstərdiyi 30 il müddətində regionun yeganə ali təhsil müəssisəsi olmaqla həm ixtisaslı pedaqoji kadrların hazırlanmasında, həm də gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunmasında cəmiyyət tərəfindən müsbət qarşılanır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff