booked.net

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİNİN ŞAMAXI FİLİALI 30 İLLİK YUBİLEY ƏRƏFƏSIİNDƏ


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİNİN ŞAMAXI FİLİALI 30 İLLİK YUBİLEY ƏRƏFƏSIİNDƏ
Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla ali təhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Onun ilk məzun buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
ADPU-nun 100 illik tarixinin bütöv bir mərhələsində (1969-1987-ci illər və 1993-2003-cü illər) qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin unudulmaz adı və çoxşaxəli fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. “Təhsil millətin gələcəyidir!” deyən Ulu öndər Heydər Əliyev daim ADPU-ya yüksək qiymət vermişdir. Ümummilli lider Heydər Əliyev 5 dəfə ADPU-da olmuş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyə və məsləhətlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanmışdır.Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi təşəbbüsü ilə həyata keçirilən islahatlar, genişmiqiyaslı infrastruktur layihələri isə xalqımızın sosial rifahının yüksəldilməsi ilə yanaşı təhsil sistemini də köklü surətdə inkişaf etdirdi. Digər bir neçə bölgələrdə olduğu kimi Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şamaxı şəhərində 1991-ci ildən Şamaxı filialının fəaliyyət göstərməsi zəruri bir hal idi. Müəllimi haqlı olaraq millətin xilaskarı hesab edən möhtərəm prezdentimiz cənab İlham Əliyev qeyd etmişdir ki, regionlarda da ali təhsil ocaqlarının yaradılması xalqımızın inkişafı üçün çox əhəmiyyətlidir .
Bu gün ADPU-nun Şamaxı filialında İbtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimiyi, Tarix və coğrafiya müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi,
Məktəbəqədər təlim və tərbiyə ixtisası, Təhsildə sosial-pisxoloji xidmət ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Filialda üç kafedra fəaliyyət göstərir: Sosial və pedaqoji elmlər kafedrası, Dil, ədəbiyyat və onların texnologiyası kafedrası, Riyaziyyat və kompüter elmləri kafedrası. Kafedralarda 35 nəfər professor - müəllim heyəti və paytaxtın digər nüfuzlü ali təhsil müəssisələindən dəvət olunmuş 10 nəfər elmi dərəcəli müəllimlər təhsilalanların tədrisi ilə məşğul olur. Fiberoptik şəbəkə ilə internet xəttinə qoşulmuş kompüter zalları, kitabxana və oxu zalları tələbələrin istifadəsinə verilmişdir. Filialın professor və müəllim heyəti mütəmadi olaraq Respublika və Beynəlxalq əhməiyyətli konfranslarda elmi məqalələrlə çıxış edirlər. Hər tədris illərində müxtəlif istiqamələrdə elmi tədqiqat və elmi metodiki işlər həyata keçirilir.
17-18 may 2017-ci il tarixində filialda Şamaxı “III Beynəlxalq Həmzə Nigari Türk dünyası mədəni irsi” adlı beynəlxalq konfransının keçrilməsi filialın 30 illik tarixində mühüm tədbirlərdən biri olmuşdur. Konfransda Türkiyənin Amasiya Universiteti, Ankara Universiteti, Necmettin Erbakan Universiteti, Istanbul Unversiteti, Rusiyanın Novorsibrisk Dövlət Universiteti, Malmö Universiteti, Selcuq Universiteti, Çankari Karatekin Unversiteti, Karabük Universiteti, İtaliya YOCOCÜ Assossiyası, Binqol Universiteti, Hakkari Universitetindən 40 nəfərə yaxın elm adamları və Respublikamızın bütün ali təhsil ocaqların tədqiqatçı alimləri yaxından iştirak edirdilər
Bu gün ADPU-nun Şamaxı filialı 30 illik yubileyinə hazırlıq işlərini həyata keçirir. Filialda 29-30 oktyabr 2021-ci il tarixində keçiriləcək “Türk dilli xalqların elmi-mədəni əlaqələri müasir mərhələdə tarixi ənənə və prespektivlər” adlı Respublika elmi konfransı da 30 billik yubiley ərəfəsinə təsadüf edir.
Son illər filialda Azərbaycan təhsilinin müasir dünya təhsil sisteminə uyğunlaşdırılması, beynəlxalq tələblərə cavab verən humanist təhsil sisteminin qurulması sahəsində ardıcıl işlər həyata keçirilir. Pedaqoji təhsil sistemində praktiki müəllim hazırlığına istiqamətlənmiş fundamental və tətbiqi tədqiqatların təmin edilməsi üzrə işlər görülür. Əldə edilmiş elmi nəticələr tədris prosesinə tətbiq edilir, bakalavr pilləsində təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi, təhsil müəssisəsinin digər təhsil müəssisələri ilə əməkdaşlığın artırılması vəzifələri diqqət mərkəzində saxlanılmaqdadırdır. Məlumdur ki, dövlət quruculuğu sahəsində sistemli işin təşkili savadlı mütəxəssis kadrların hazırlanması məsələsini önə çıxarır. Bu baxımdan filialda keçirilən bütün elmi və mədəni-kütləvi tədbirlərin məqsədi ölkəmizdə gənc nəslin müasir dünyagörüşlü bir şəxsiyyət, vətəndaş-müəllim kimi yetişdirilməsinə xidmət etməkdən ibarətdir.


ADPU-nun Şamaxı filialının Tədris və elmi işlər
üzrə direktor müavini, f.ü.f.d Şasəddin Sabir oğlu Mikayılov


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff