booked.net

Şamaxıda gənclər üçün iki günlük təlim kursu təşkil olunub


Gənclər və İdman Nazirliyinin 2019–cu ilin birinci yarımilliyi üçün təsdiq edilən iş planına uyğun olaraq, Şamaxıda gənclərin iqtisadi biliklərinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə dair ikigünlük təlim kursu keçirilib.
Gənclər və İdman İdarəsinin akt zalında təşkil edilən təlim kursuna rayonda fəaliyyət göstərən Şamaxı Humanitar Kollecinin 40-a yaxın tələbəsi cəlb edilib.
Təlim kursu gənclərin iqtisadi biliklərinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi mövzusunda hazırlanan proqram çərçivəsində keçirilib. Kursun gedişində iştirakçı gənclərin mövzu ilə bağlı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.
İştirakçılara Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan “Gənc Sahibkarın Yaddaş Kitabçası” təqdim olunub, sertifikatlar verilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff