booked.net

Şamaxı rayonunun Dəmirçi kəndinin sənətkarları haqqında məqalə Özbəkistan portalında



Özbəkistanın kun.uz portalı Azərbaycanın Şamaxı rayonunun Dəmirçi kəndindəki sənətkarlar, onların məişəti haqqında özbək və ingilis dillərində “Dəmirçi-Azərbaycanın qədimliyini saxlayan məskənlərdən biri” sərlövhəli geniş məqalə çap edib.
Belə ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu təşkil olunub, onlar ölkəmizin paytaxtı və regionlarla bağlı müxtəlif materiallar hazırlayıblar.
Jurnalistlər arasında olan məqalə müəllifi yazır ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindəndir, onun tarixi XV əsrə gedib çıxır. Qədimdə Güneyçay adlanan kənddə dəmirçilik sənəti inkişaf etdiyindən bu kəndə Dəmirçi adı verilib. Böyük İpək Yolu üzərində yerləşdiyindən bu kənddə bir neçə karvansara tikilib. SSRİ dövründə dağıdılan bu karvansaraların hamısı müstəqillik illərində bərpa edilib.
Dəmirçi kəndindəki məscid 755-ci ildə tikilib və Azərbaycanın ən qədim ibadətgahlarından biridir. Məscid Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bərpa edilib və dövlət başçısı bərpadan sonra birinci xanım Mehriban Əliyeva ilə birgə bu məscidi ziyarət edib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff