booked.net

Çətin şəraitdə yaşayan 6 ailə müasir binada yeni mənzillərlə təmin olunub


Azərbaycan Respublikası Prezidentinin “Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” müvafiq Sərəncamı ilə Şamaxı şəhərində istismar müddəti başa çatan 3 ədəd ikimərtəbəli binanın yerinə Aşıq Məmmədağa küçəsində yeni 51 mənzilli ictimai yaşayış binası tikilərək vətəndaşların istifadəsinə verilib.
    Sökülməsi nəzərdə tutulan binalardan birinin zirzəmisində, çox acınacaqlı şəraitdə, heç bir hüquqi sənədləri olmadan yaşayan 6 ailə haqqında da qərar verilib, onlar da yeni binadan mənzillərlə təmin olunub. Onlar da məskunlaşdıqları binanın digər sakinləri kimi artıq yeni binada yaşayacaqlar.
 Şamaxı sakini Əsmayə İsmayılova da yeni binada mənzillə təmin olunanlardan biridir. Ona 2 otaqlı mənzil verilib. Uzun illər çətin şəraitdə yaşayan Əsmayə İsmayılova Prezidentimizə minnətdarlıq edərək deyib: “Nə vaxtsa belə pulsuz yeni bir mənzillə təmin olunacağım ağlıma belə gəlməzdi. Yeni mənzilimizə daxil olanda gördüm ki, geniş və işıqlı otaqlarda, çox gözəl şərait və rahatlıq təmin edilib. Zirzəmidə yaşayarkən qarşılaşdığımız bütün çətinliklər, narahatlıq və şəraitsizlik bu gün artıq öz həllinə qovuşub. Allah Prezidentimizdən razı olsun. Sevindiyimdən göz yaşlarımı saxlaya bilmirəm, bu sevinc hisslərimi sözlə ifadə etmək çətindir”.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff