booked.net

Qardaş ölkəyə birlik, həmrəylik mesajı



Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı möxqeyinə dair Bəyanat yaydı.
ABŞ prezidenti Co Bayden Amerika ermənilərinə seşki kampaniyası zamanı verdiyi vədi tutsa da əvəzində 300 milyonluq Türk toplumunun, xüsusən də  “Bir millət-iki dövlət”in – Türkiyə və Azərbaycanın qəzəbəni qazandı, Türk irqinin göşündə erməni  faşizminin əsas havadarı kimi özünü təsdiqləmiş oldu.
Əslində bu qərardan ən çox ziyan çəkən məhz Amerika olacaq. Çünki tarixi səhvə yol verməklə Şərqdə Türkiyə kimi bir güclü dövlətlə- strateji tərəfdaşla münasibətlərə xələl gətirmiş oldu. Özünün demokratiyanın beşiyi sayan bir ölkə Türkiyə kimi sürətlə inkişaf edən, bölgədə nüfuzu durmadan artan bir ölkə ilə əlaqələri zədələdi. ABŞ bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu.
ABŞ-ın Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cu ildə 26.8 milyard dollar olub. Bunun 14.2 milyard dolları Birləşmiş Ştatlardan, 12.6 milyard dolları isə Türkiyədən ixrac kimi qeydə alınıb. ABŞ ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi 791.8 milyon dollardır. Ermənistanın ABŞ ilə ticarət dövriyyəsi isə 2020-ci ildə cəmi 152 milyon dollar olub.
Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur. ABŞ-ın Ermənistan ilə ticarət dövriyyəsi Türkiyə ilə olan dövriyyəsi ilə müqayisədə 176, Azərbaycan ilə nisbətdə 5 dəfə azdır. Bununla yanaşı, Cozef Baydenin bəyanatı ABŞ Türkiyə arasındakı ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşlarının azalmasına səbəb olacağı gözlənilir.
Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə olduğu kimi, bu dəfə də həmrəylik Prezident İlham Əliyevlə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığında bu dəstək bir daha ifadə olundu.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı qeyd etdi ki, Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub: “Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər
tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır".
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların da ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə cavab gecikmədi. 48 partiya sədrləri birgə bəyanat imzalayaraq ABŞ-ın mövqeyinin qərəzli, heç bir tarixi fakta söykənməyən böhtan olduğunu bildirdlər.
Bəyanatda qeyd olunur ki, rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.
Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib.
Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.
"Erməni soyqırımı" kimi irəli sürülən əsassız iddiaların ortaya atıldığı ilk günlərdən bu iddiaları Türkiyənin hakim dairələri tərəfindən rədd edilmişdir. Dünya siyasi dairələrinə bildirilmişdir ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.
ABŞ Prezidenti C.Baydenin saxta “soyqırım” ifadəsinə mövqe bildirən Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı öz
yurdundan didərgin düşüb: “Həmin bölgədə bütün yaşayış məskənləri, tarixi abidələr ermənilər tərəfindən dağıdılıb, yandırılıb. Orada ermənilər müharibə cinayətləri törədiblər. Əgər soyqırım deyirsinizsə, bunlara baxacaqsınız. Sizin qırmızıdərililəri necə qətlə yetirdiyinizi zatən demirik, bu tarixi fakt ortadadır. Bütün bu həqiqətlər varkən, türk millətini soyqırımla ittiham etməyə haqqınız yoxdur”.
Ərdoğan əlavə edib ki, ermənilər həm də əsr yarımdan bəri mütəmadi törətdikləri terror əməllərini ört-basdır etmək üçün hər il “soyqırım” yalanını ortaya atır: “Böyük vədlərlə ruslar, Avropa və Amerika tərəfindən aldadılan ermənilər həm də utanclarından “soyqırım” məsələsini ortaya atırlar”.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Bəyanatında haqlı olaraq qeyd olunur ki, son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Bəyanatın sonunda qardaş ölkə ilə birlik, həmrəylik nümayiş etdirilir: "Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff