booked.net

“Azərsu” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək


Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov aprelin 16-sı saat 11:00-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan vətəndaşların içməli su təchizatı, kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Şamaxı, Ağsu, Qobustan və İsmayıllı sukanal sahələrinə, həmçinin "Azərsu" ASC-nin 431-47-67 (daxili 1050) nömrəsi və office@azersu.az  elektron poçtu vasitəsilə müraciət edə bilərlər.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff