booked.net

15 İyun - Milli Qurtuluş Günüdür


“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” - Ulu Öndər Heydər Əliyev.

Ölkələrin və xalqların tarixində və taleyində elə məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış ağır siyasi hərbi vəziyyət ictimai - iqtisadi və mənəvi böhran ölüm ya olum sualını sərt şəkildə meydana qoyur. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan belə bir gerçək sual qarşısında idi. AXC – Müsavat hakimiyyəti ölkəmizi cəmiyyət həyatının bütün sahələrini əhatə edən dərin böhtan vəziyyətinə çatdırmışdır. Ancaq mövcud olan hökümət və onun rəhbərləri bu böhrandan çıxmaq gücünə qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlanmışdır və  1993-cü ilin yazında bu müharibənin səngərləri artıq Bakı şəhərinə yaxın mövqelərdə də qurulmaqdaydı. Belə məsuliyyətli bir tarixi məqamda ölkəni və xalqı yaranmış təlim və genişmiqyaslı böhrandan xilasetmə vəzifəsini üzərinə götürmək çox çətin və eyni zamanda ağır idi.

                                                          MİLLİ QURTULUŞDAN İNTİBAHA

Görkəmli siyasətçi, dövlət xadimi kimi böyük nüfüza malik olan  Ulu öndər Heydər Əliyev ölkədəki mövcud vəziyyəti qısa zamanda böhrandan siyasi-iqtisadi sabitliyə doğru dəyişdirə bildi. Respublikanın hər yerində tüğyan edən ictimai-siyasi böhran Azərbaycan torpağlarının ermənilər tərəfindən ardıcıl işğalı və əhalinin sosial rifahının çox aşağı olması idarəçilikdə saysız- hesabsız problemlər meydana gətirmişdir. Amma Heydər Əliyevin güclü iradəsi, idarəetmə qabiliyyəti, xalqa arxalanması,ı hər bir vətəndaşa ən doğma münasibət bəsləməsi, demək olar ki, bütün çətinlikləri qısa zamanda aradan qaldırdı və ölkədə davamlı inkişafın təməlini qoydu.
Məhz həmin illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən ortaya qoyulan miili qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın güclü demokratik dünya ölkələri ilə birgə addımlamasına  bu gündə regionda və dünyada Azərbaycanın nüfuzunun artmasına xidmət göstərir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Onun öz işinin öhdəsindən layiqincə gəlməsi sözün həqiqi mənasında Azərbaycanın mövcudluğunu ölkənin ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin  etdi. Beləliklə bu mühüm tarixi gün xalqımızın yaddaşında Milli Qurtuluş günü kimi həkk olundu.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.
Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Daha dəqiq desək, Qurtuluş məfkurəsi Azərbaycan dövləti və xalqını tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran iftixar mənbəyidir.
 “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürürəm. Və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi. Bəziləri buna can atırlar, yox. Götürmüşəm ona görəki, öz bacı-qardaşlarıma, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim” deyə, Ümummilli lider  Heydər Əliyev vurğulayırdı.
Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. "İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir" deyən Ulu Öndərin rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə bütün təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.

                                    Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: 

•             xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; 
•             Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; 
•             Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi;
               - Qurtuluşun rəmzləri:
•             Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan          xilas etdi. 
•             Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına  son qoyuldu. 
•             Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. 
•             İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. 
•             Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.
•             Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.
•             İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.
•             Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. 
•             Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.


                    1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir

Ulu öndərin   quruculuq missiyası onun Azərbaycana rəhbərliyinin ikinci dövründə də davam etdi. 1993-2003-cü illərdə Azərbaycanın yeni tarixini yazan Heydər Əliyev müstəqil Azərbaycanı inkişaf yoluna çıxartdı. İqtisadiyyatı tənəzzüldən qurtardı.  Bakı-Tbilisi-Ceyhan neft kəmərini xəyaldan reallığa çevirdi. Bu nailiyyətlər ilk növbədə ölkənin simasında təcəssüm edirdi. 
Ulu öndər Heydər Əliyev düşmən tapdağında olan Qarabağıda unutmadı. Şuşada dahi   Üzeyirin, Bülbülün, Natəvanın  heykəllərinin ermənilər tərəfindən gülləbaran edilməsindən danışarkən, gələcək nəsillərin həmin abidələrin Şuşada yenidən ucaldacağına inanırdı.

                                           Ulu Öndər Heydər Əliyev kursuna sadiqlik

“Xalqımızda bilməlidir, bizim üçün əziz olan Qarabağ torpağı, Şuşa qalası işğaldan azad olacaq, Bülbül diyarı Müstəqil Azərbaycanın çiçəklənən bir güşəsi olacaq və gələcək nəsillər məhz Qarabağda, Şuşada Bülbülün, Üzeyir Hacıbəylinin heykəlini yenidən qoyacaq və Şuşa, Qarabağ Azərbaycanın gözəl güşəsi kimi müstəqil Azərbaycanda yaşayacaqdır” deyə,Ulu Öndər Heydər Əliyev qeyd edirdi.
Ümummilli lider Heydər Əliyev parlaq zəkası ilə ölkəmizi gələcəyə aparan yollarını müəyyən etdi. Yeni Azərbaycanı yaratdı. Bu günkü, müstəqil, müasir, qüdrətli Azərbaycan məhz Heydər Əliyevin əsəridir. 
Heydər Əliyevin quruculuq missiyası Prezident İlham Əliyevin qətiyyəti ilə əbədiyaşarlıq qazandı. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yolla gedəcəyik, bu yolu Heydər Əliyev siyasəti işıqlandırır, biz bu yola sadiqik əminək ki, bundan sonra bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir”.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir.  Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Prezident İlham Əliyev ötənilki çıxışlarının birində fəxrlə bildirirdi ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. "2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum".
2020-ci il tarixə Zəfər ili kimi yazıldı. Bu gün hər birimiz qalib bir ölkənin vətəndaşı olaraq qürurluyuq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistan silahlı birləşmələrinin işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Fədakar, vətənpərvər əsgər və zabitlərimiz 30 ilə yaxın bir müddətdə erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gündə azad etdi. Əldə etdiyimiz bu tarixi Zəfərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti, yenilməz, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti, qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində nail olduq.
Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Xalqla iqtidarın monolit birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə - xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət, son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan haqq savaşımız Azərbaycanımızın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması ilə nəticələndi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciətində bildirirdi: "Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır".
Hər kəsin səbirsizliklə gözlədiyi o tarixi çıxışında - xalqa müraciətində Ali Baş Komandan böyük qürur və fəxarətlə hissiylə dedi: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan və Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff