Şamaxı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi davam edir və artıq 38 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən kütləvi pulsuz tibbi müayinələr vətəndaşlar tərəfindən minnətdarlıqla qarşılanıb. Rayonda fevralın 12-dən indiyədək 18 min 913 nəfər tibbi müayinələrdən keçib. Müayinə olunanların 4146 nəfəri ambulator, 271 nəfəri stasionar müalicəyə cəlb edilib. 227 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb, 344 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Əlil və ahıl insanların dispanserizasiyası səyyar həkim briqadası tərəfindən evlərdə aparılır.
Rayonda 18 min 900 nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
Date :2-05-2019, 10:08
Views :3 441
Share
Other news
1/5
13:26
Şəhid ailələri üzvləri və müharibə veteranlarına ödənilən müavinət və təqaüdlərin məbləği açıqlanıb
10:38
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib
11:33
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək – SƏRƏNCAM