Ölkədə leqal daşınmaz əmlakların sayını artıran və vətəndaşların daha rahat formada mülkiyyət hüquqlarını rəsmiləşdirən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası davam edir. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) keçirdiyi səyyar aksiya ilə daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən sakinlərin ərazi idarəsinə getmək ehtiyacı aradan qalxır. Komitənin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası aprelin 15-dən 19-dək Şamaxıda vətəndaşlara xidmət göstərəcək.
Kampaniyanın keçirilməsində məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətin vətəndaşın yanında olması, qeydiyyat prosedurlarına olan əlçatanlığın artırılması, qeydiyyatda operativliyin yüksəldilməsidir. Yeni formatda təşkil olunan kampaniya Şamaxının müxtəlif qəsəbələrində keçiriləcək. Mobil qeydiyyat ofisləri aprelin 15-də Şəhriyar qəsəbəsində, 16-da Mədrəsədə, 17-də Əngəxaranda, 18-də Məlhəmdə, 19-da isə Nağaraxana qəsəbəsində olacaq. Kampaniyanın fərqli məkanlarda xidmət göstərməsinin əsas məqsədi bu qəsəbələrə yaxın ərazilərdə yaşayan sakinlərin də xidmətdən rahatlıqla yararlanmasının təmin edilməsidir. Kampaniya zamanı daşınmaz əmlakların qeydiyyatı üçün ilkin sənədlər toplanır, fərdi yaşayış evləri qeydiyyata alınır, torpaq sahələrinin qeydiyyatı həyata keçirilir, həyətyanı torpaq sahələrinin qeydiyyatı aparılır, daşınmaz əmlakla bağlı müxtəlif arayışların verilməsi xidməti göstərilir, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərin qəbulu aparılır.
Kampaniya çərçivəsində hüquqi maarifləndirici aksiya da təşkil edilib. Müraciət edən hər bir vətəndaşa qeydiyyat prosedurları qanunvericiliyə uyğun olaraq izah olunub. Kampaniya zamanı çıxarışların yalnız elektron formada verilməsi ilə bağlı bütün sakinlər məlumatlandırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq artıq ölkə üzrə daşınmaz əmlakların rəsmi qeydiyyata alınması barədə çıxarışların yalnız elektron formada verilməsi təmin olunacaq. Mülkiyyət sənədi şəxsin “Elektron hökumət” portalına yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.
Elektron çıxarışın tətbiqi ilə artıq çıxarışların itməsi və ya yararsız hala düşməsi kimi problemlər geridə qaldı. Daşınmaz əmlaka sahib olan hər kəs mülkiyyət hüququnu təsdiq edən sənəddən yerindəcə istifadə edə bilər.
Fərdi yaşayış evləri, bağ evləri, torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətdən yararlanmaq üçün vətəndaşların ünvana gətirilən səyyar avtobusa yaxınlaşması kifayət edir.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Şamaxıda
Date :12-04-2019, 13:25
Views :1 518
Share
Other news
1/5