booked.net

“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda onlayn elmi-praktik konfrans


Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda onlayn elmi- praktik konfrans keçirildi. Tədbirdə ADPU-nun Şamaxı filialının professor-müəllim heyəti, tələbələri, Şamaxı regional “ASAN xidmət” mərkəzinin rəhbərliyi və könüllüləri ilə yanaşı digər regional mərkəzlərin 50-dən çox könüllüsü iştirak edirdi.
İlk olaraq tədbir iştirakçılarını salamlayan Şamaxı regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi, mərkəzin könüllülərlə iş üzrə məsul şəxsi Ülvi Məmmədli ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransın əhəmiyyətini vurğuladı və konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırdı.
Şamaxı regional “ASAN xidmət” mərkəzinin direktoru Zəka Muradov tədbir iştirakçılarını salamlayaraq, müstəqil Azərbaycanın qurucusu Ümumilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də gördüyü mühüm işlərin bu gün uğurla davam etdirilməsindən danışdı.
Sonra ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Heydər Əliyev etnik milliyyətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multkulturalizmin əsas bazası olan Azərbaycançılıq prinsipini milli idealogiya kimi irəli sürürdü. T. Yusifova Ulu Öndərin təhsil sahəsində apardığı islahatların kökündə də tolerant dəyərlərin olduğunu, həmçinin cənab Prezident İlham Əliyevin bu sahədə gördüyü işlərin də öz uğurlu nəticəsini verdiyini vurğuladı.
Tədbirdə ADPU-nun Şamaxı filialının Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov “Heydər Əliyev demokratik Azərbaycan cəmiyyətinin qurucusudur” mövzusunda, filialın Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova “Multikulturalizmin Ulu Öndərin irsinin mühüm tərkib hissəsidir” mövzusunda, filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Azərbaycan ədəbiyyatında multikultural dəyərlər” mövzusunda, filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Sevinc Baxşiyeva “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda çıxışlar edərək, hər biri Ulu öndər Heydər Əliyevin dəyərli fikirlərindən bəhz etdilər.
Filialın tələbələri adından çıxış edən Tələbə Elmi Cəmiyyətinin sədri İnci Abdulsəlimli Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirdi.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff