booked.net

Rayonda heyvandarlıq məhsullarının istehsalı artıb


Rayonda  heyvandarlıq məhsullarının istehsalı artıb

Bu ilin ilk rübündə Şamaxıda heyvandarlıq məhsulları üzrə bütün göstəricilərdə artım qeydə alınıb.
Rayon statistika idarəsindən  “Şirvan”a bildirilib ki, birinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı diri çəkidə 319 ton çox olmaqla, 1085 tona çatıb. Süd istehsalı da 3158 ton artıb və 6780 ton olub. Habelə, 380 min ədəd artaraq, 3 milyon 914 min ədəd yumurta istehsal edilib.
Qeyd edək ki, ötən ilin ikinci yarısında Şamaxı ərazisində “Kürdəmir süd emalı” MMC-yə məxsus yeni heyvandarlıq kompleksinin fəaliyyətə başlaması bölgədə bu sahənin inkişafına, məhsul istehsalında artıma təsir göstərib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff