booked.net

"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Heydər Əliyev" mövzusunda tədbir keçirildi


Şamaxı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsinin təbliği " məqsədilə yaradımış Təbliğat qrupunun rəhbəri Könül Eyvazova və qrupun üzvu YAP Şamaxı rayon Təşkilatının aparat rəhbəri Altay Məmmədovun iştirakı ilə A.Şirinov adına Meysəri kənd  tam orta məktəbdə " Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Heydər Əliyev" mövzusunda tədbir keçirildi.
İlk öncə Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şamaxı Heydər Əliyev Mərkəzinin direktotu Könül Eyvazova çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyib: " Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar. Bu , Azərbaycan xalqının,  əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.Şuşa təkcə Şuşalılar üçün yox , bütün Azərbaycanlılar üçün , vətənini, millətini sevən hər bir vətəndaşımız  üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir " 
Ulu Öndər Heydər Əliyevin göstərişi ilə o dövrdə Dağlıq Qarabağda , xüsusilə Şuşada yaşamış digər elm və mədəniyyət xadimlərinin xatirəsi əbədiləşdirildi. Cənab prezident İllham  Əliyev  " Şuşasız işimiz yarımçıq qalar " dedi, sona qədər getdi və Şuşanı əsil sahibinə - Azərbaycan xalqına geri qaytardı.
Daha sonra çıxış edən Altay Məmmədov bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi.Cənab prezident İlham Əliyevin elan etdiyi " Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs torpaq uğrunda savaşının qələbəyə səsləyən rəhbər çağırışı oldu. Qarabağın xüsusilə Şuşanın işğaldan azad edilməsi Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Daha sonra Mərkəzin könüllüsü Nərgiz Dadaşova şagirdlər qarşısında Şuşa şəhərinin tarixi haqqında məruzəylə çıxış etdi və sonda " Sən həmişə bizimləsən " filmi nümayiş olundu.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff