booked.net

"...BU GÜN BİZ ELƏ BİR GÜCLÜ ORDU YARATMIŞIQ Kİ, İSTƏNİLƏN VƏZİFƏNİ İCRA EDƏ BİLƏRİK"



Vətən müharibəsində rəşadətli Ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Beləliklə, Azərbaycan xalqı tarixi ədaləti- öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə, bu, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi illər ərzində uğurlu daxil və xarici siyasətin, həyata keçirdiyi məqsədyönlü tədbirlərin, reallaşdırdığı layihələrin məntiqi nəticəsi idi. Prezident İlham Əliyev bu haqda Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışında ətraflı bəhs etdi. Dövlət başçısı qeyd etdi ki, bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Birinci Qarabağ müharibəsinin Azərbaycan üçün böyük faciə, milli faciə olduğunu qeyd edən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başladı. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparıldı. Nizami ordu quruculuğu məhz o illərdə başladı.
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.
Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.
Bu acı məğlubiyyətdən sonra Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Ermənistanın yalnız bir yolu var- bu da bölgə ölkələri ilə sıx əməkdaşlıq etməkdir. Əks təüdirdə Ermənistan çox ağır duruma düşəcək.
Ölkə başçısı qələbənin təmin olunması üçün ötən müddətdə beynəlxalq müstəvidə böyük hazırlıq işləri görüldüyünü, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını, ordu quruculuğu sahəsində önəmli islahatlar aparıldığını, Azərbaycanın səyi ilə aparıcı beynəlxalq təşkilatların- BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta ölkəmizə qarşı daim ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası tərəfindən maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul edildiyini, ən başlıcası isə xalq-iqtidar birliyinin və qarşılıqlı inamın yaradıldığını vurğuladı.
Vətən müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi
baza yaradıldı. Bütün bu görülən işlər hamısı bizim düşmən üzərində qələbəmiz üçün idi.
Dövlət başçısının ardıcıl, məqsədyönlü, müdrik siyasətinin və yorulmaz fəaliyyətinin nəticəsi olaraq aparıcı beynəlxalq təşkilatlar- BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Digər tərəfdən, Azərbaycanın müttəfiq dövlətlərlə ikitərəfli əlaqələri getdikcə möhkəmləndirməsi, ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Ermənistan isə ildən-ilə tamamilə təcrid edilmiş vəziyyətə düşdü.
Ölkənin iqtisadi potensialı Qələbəni təmin etməkdə əsas amillərdən biri oldu. Sözsüz ki, istənilən müharibədə qalib gəlmək üçün, ilk növbədə, güclü orduya sahib olmaq lazımdır. Güclü ordunu yaratmaq üçün isə insan resursları və müasir silahlar tələb olunur. Silahlanma isə böyük maliyyə resursları tələb edir.
Azərbaycanın güclü iqtisadi inkişafı ölkənin müdafiə potensialını artırmaq üçün həm müasir silahlar almağa, həm də öz hərbi-sənaye kompleksimizi inkişaf etdirməyə imkan verdi. İndi Azərbaycan heç kimdən asılı deyil və iqtisadi göstəricilərə görə dünyada aparıcı yerlərdədir.
Sözsüz ki, qazanılan bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı bir daha nümayış etdirdi.
Vətən müharibəsinə qədər münaqişənin sülh yolu ilə həll olunmasına mane olan beynəlxalq riyakarlıqlara da şahid olduq. Əlbəttə, xüsusilə böyük ölkələrin maraqlarına xidmət edən “İkili standartlar” siyasəti beynəlxalq təşkilatlara qarşı etibar və inamı azaldır. Belə yanaşmalar Vətən müharibəsi zamanı da özünü aydın şəkildə göstərdi. BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha öz ərazi bütövlüyünü bərpa
emək üçün döyüşən Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə dedi: "Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik. Bizim işimiz haqq işi idi. Buna baxmayaraq, ermənipərəst dairələr və ölkələr bizə qarşı tamamilə reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar. Kim bizi müdafiə etdi? BMT Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr. Onlar bizi müdafiə etdi və biz onlara minnətdarıq. Məhz onların səyi nəticəsində anti-Azərbaycan bəyanat qəbul edilmədi. Biz buna nəyin hesabına nail olmuşuq?! Əlbəttə ki, diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına".
Təntənəli görüşdə dövlətimizin başçısının söylədiyi bu fikirlər də hər birimizin qəlbini qürur hissilə doldurdu: "...Bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi".
Güclü ordumuz istənilən vəzifəni icra etməyə, verilən tapşırıqları uğurla icra etməyə qadirdir. Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. Onlar əgər yenə də Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi, eyni zamanda iqtisadi və siayasi tənəzzül dövrünü yaşayan Ermənistan bir dövlət kimi mövcudiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.
Bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc
ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir.
Artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq,böyük işlər görülüb. Əgər bizdə bu hazırlıq olmasaydı, indiki genişmiqyaslı işləri yerinə yetirmək, gündən-günə genişləndirmək və işlərin icrasını sürətləndirmək mümkün olmazdı.
Dövlətimizin başçısı İlham Əliyev Qarabağa səfərləri zamanı tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyimizi bildirir. Əlbəttə, işğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunun həqiqət olduğunu göstərir və soydaşlarımızın tezliklə doğma yurdlarına dönəcəyini əminliklə söyləməyə əsas verir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff