Aprelin 14-də energetika naziri Pərviz Şahbazov Şamaxıda vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, sayğaclaşma, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Şamaxı, Ağsu, Ağcabədi və Qobustan rayonlarından olan vətəndaşlar iştirak edib.
Energetika naziri Şamaxıda vətəndaşlarla görüşüb
Date :15-04-2023, 10:26
Views :646
Share
Other news
1/5