booked.net

Kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq


Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb
 Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı, 1 ədəd su nasos stansiyası inşa edilib. Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi məqsədilə 19 kilometrlik magistral su kəməri tikilib. Şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan 4 yeni su anbarı da inşa olunub. Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da kəskin istilərin müşahidə olunduğu dövrlərdə şəhərin içməli su təminatında dayanıqlıq təmin olunacaq.
“Şirvan.az”


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff