booked.net

ORDU QURUCULUĞU-BÖYÜK QƏLƏBƏNİ TƏMİN EDƏN VACİB AMİL


                

44   günlük müharibədə Azərbaycan öz müstəqil tarixini ən təkmil ordusu ilə döyüşdü. Bütün mövqelərdə Ermənistan silahlı qüvvələrinin ciddi məğlubiyyət yaşadan Azərbaycan haqq və ədaləti  döyüş meydanında bərqərar etdi. Bu müddətdə Azərbaycan ordusunda intensiv təkmilləşmə işləri aparılmışdır.

Azərbaycan Ordusu  bu mərhələdə öz silah-sürsatı ilə təchiz olunmağa başladı. Güclü müdafiə sənayesinə malik olan ölkələrlə  silah və texnikanın satın alınması layihələrini həyata keçirdi. Bütün bunlar  ciddi uğurlara gətirib çıxardı. Bunun bariz nümunəsini ilk dəfə 2016-cı il  Aprel döyüşlərində ilk növbədə  Ermənistana sonra isə bütün dünyaya göstərdik. Zəruru əhəmiyyətli taktik yüksəklikləri qısa zamanda nəzarətə götürməklə Azərbaycan ordusu   4 il sonra üçün mesaj vermiş oldu. Lakin Yerevan bu xəbərdarlığı başa düşməmiş,  2020-ci ildə Ermənistan silahlı qüvvələrini hazırlıqsız yaxalayan Ordumuz  Beynəlxalq Təşkilatlarların yararsız sənədlərindən daha güclü idi.
İkinci Qarabağ müharibəsi bizi əsla arxayınlaşdırmadı. Əksinə olaraq Vətən savaşından sonra Ordu quruculuğunda daha da ciddi addımlar atılmağa başladı. Prezident Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Müdafiə Nazirliyində Komando   qüvvələri yaradıldı və onların sayı günü-gündən artmaqdadır.

Azərbaycanın apardığı  uğurlu iqtisadi siyasətdə ən yeni silahların, texnikaların alınması geniş imkanlar yaradır. Dövlət Ordu quruculuğuna  böyük vəsaitlər  ayırırsa bu   Milli təhlükəsizliyimizi ən yüksək səviyyədə  təşkil etməyimiz deməkdir.
“Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər”.

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı qeyd edib.
Müdafiə Nazirliyinin dəniz piyadalarının sayının bir neçə dəfə artırıldığını və bu artımın davam etdiyini vurğulayan dövlət başçısı deyib: “Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb”. Prezident qeyd edib ki, bu böyük qüvvə ərazimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi, təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi məqsədi güdür.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb.
Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlətimizin başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistan buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib: "İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır".
İşğal dövründə ordu quruculuğunun bir nömrəli vəzifə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır”.

Prezident İlham Əliyev ordumuzun daha da gücləndirilməsinin bir nömrəli vəzifə olduğunu və buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlətimizin başçısı  qeyd edib. “Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik. Bəziləri, o cümlədən Ermənistan və onun bəzi xarici himayədarları bizi qisasçılıqda ittiham edirlər. Tamamilə yalan bir tezisdir. Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanın əmrlərini tam icra edir və icra edəcək. Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əks təqdirdə bizim də addımlarımız adekvat olacaq. Yenə də deyirəm, biz qisasımızı döyüş meydanında aldıq. Ancaq bununla bərabər, biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq. İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq.”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı yeni döyüş birləşmələrinin yaradılmasının döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən olduğunu bildirib.. Və vurğulayıb ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir: "Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir".
Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb.

Prezident İlham Əliyev hələ müharibədən əvvəlki dövrdə Azərbaycanın ərazi bütövlüyünü mütləq təmin olunacağını dünya birliyinin diqqətinə çatdırırdı. Dünyadakı bir sıra güc mərkəzləri Azərbaycanın ərazi bütöbvlüyünü təmin olunmasını istəmirdilər və bacardıqları hər şeyi edirdilər ki, işğal məhsulu olan status-kvo saxlanılsın. Ancan ötən il sentyabr 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində  üç onillik ərzində işğal altında qalan torpaqlarımızın hərbi-siyasi yolla azad olunması Prezident İlham Əliyevin həmişə reallığa, tarixi ədalətə əsaslanan fikirlər səsləndirdiyini bir daha təsdiqlədi. Vətən müharibəsində qazanılan böyük qələbədən sonra  azərbaycanlıların bir vaxtlar zorla qovulduqları tarixi torpaqlarına qayıdacaqlarınada böyük inam yaranıb. Əminliklə söyləmək olar ki, biz tarixi torpaqlarımıza qayıdacağıq!  Prezident Müzənffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi : “Bizim doğma torpağımız Zəngəzurdur,bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə....” 



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff