booked.net

Şamaxıda “e-qaimə-faktura” və “e-vergi hesab-faktura”larının tətbiqi məsələləri ilə bağlı dəyirmi masa keçirilir


İyunun 27-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “e-qaimə-faktura” və “e-vergi hesab-faktura”larının tətbiqi məsələləri, bu zaman ortaya çıxan problemlər və onların həlli yolları ilə bağlı dəyirmi masa keçirilir.
 Tədbirdə çıxış edən nazirliyin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov “e-qaimə-faktura”nın tətbiqi sahəsində mövcud vəziyyət barədə məlumat verib, vergiödəyicilərinin bu sahədə rastlaşdıqları problemlərin həlli istiqamətində görülən işlər barədə danışıb.
Bildirib ki, “e-vergi hesab-fakturası” anlayışının Vergi Məcəlləsindən götürülməsi və vahid “e-qaimə-faktura”nın tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflər hazırlanır. O, həmçinin vergi qanunvericiliyinə dəyişikliklər çərçivəsində yeni bir layihə kimi malların elektron alış aktının tətbiqinin planlaşdırıldığını da diqqətə çatdırıb.
Tədbirdə iqtisadçı ekspertlər, müxtəlif şirkətlərin nümayəndələri təcrübə zamanı ortaya çıxan problemlər və çətinliklər barədə fikirlərini bölüşüb, bu məsələlərin həlli ilə bağlı təkliflərlə çıxış ediblər.
Təkliflərə münasibət bildirən N.Şirinov qeyd edib ki, ekspert cəmiyyətinin və sahibkarlar təşkilatlarının təqdim etdiyi təkliflər əsasında vergi inzibatçılığında bir sıra dəyişikliklərin aparılması qərara alınıb. Artıq malları təqdim edən tərəf “e-qaimə-faktura”nı ləğv etmək istədikdə, alan tərəfə 5 iş günü ərzində münasibət bildirmək imkanı əldə edəcək.
“E-qaimə-faktura”da malların “bar kodları”nı əks etdirən sütun əlavə ediləcək. “E-qaimə” tərtib edilən zaman malgöndərənin (satıcı) bank rekvizitlərinə dair məlumatları seçmək imkanı olacaq. Agentin həyata keçirdiyi əməliyyatlar “e-qaimə-faktura”da nəzərə alınacaq. “E-qaimə” bölməsində “Reyestr” üzrə axtarış zamanı bir günlük limit artırılacaq, həmçinin göndərilən paketlərdəki qaimə sayı çoxaldılacaq. Paket səhv göndərilibsə, paketin özünü ləğvetmə imkanı olacaq.
Dəyirmi masa sabah da öz işini davam etdirəcək.
Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, iqtisadçı ekspertlər, sahibkarların ictimai birlikləri, “böyük dördlük” nümayəndələri, sahibkarlar və onların mühasibat uçotu məsələləri ilə məşğul olan əməkdaşları və mühasiblər iştirak edirlər
“Şirvan” az


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff