booked.net

Rayonda sənaye məhsullarının istehsalı 18,7 faiz artıb


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı aqrar bölgə olan Şamaxı rayonunda sənayenin inkişafına güclü təkan verir. Təsadüfi deyil ki, 2019-cu ilin birinci yarısında bölgədə sənaye məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz artıb.
Rayon Statistika İdarəsindən “Şirvan” a bildirilib ki, cari ilin altı ayında Şamaxıda 4 milyon 199 min manat sənaye məhsulları istehsal olunub. Bu göstərici keçən ilin eyni dövründəkindən 663 min manat çoxdur.
Sənaye məhsullarının artımı daha çox özəl sektorda qeydə alınıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff