booked.net

Şamaxıda yazlıq bitki əkini davam edir


Şamaxı rayonunda yazlıq bitkilərin əkini davam edir və artıq 1897,2 hektar sahədə əkin aparılıb.

Belə ki, əkin sahələri ötənilki göstəricidən 175,2 hektar çoxdur. İndiyədək 772,6 hektar sahədə dənli və dənli-paxlalı bitkilər, 315,6 hektarda dən üçün qarğıdalı, 238 hektarda şəkər çuğunduru əkilib. Torpaq mülkiyyətçiləri, habelə bu gün bazarlarda böyük tələbat olan məhsulların da istehsalında çox maraqlıdırlar. Təsadüfi deyil ki, bölgədə 338 hektar sahədə kartof, 178 hektarda tərəvəz, 43 hektarda bostan bitkiləri əkiblər.

 


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff