booked.net

Şamaxıda yarım ildə süd istehsalı 16,9 faiz artıb


Şamaxı rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və cari ilin altı ayı heyvandarlar üçün uğurlu nəticələrlə yekunlaşıb.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, hazırda Şamaxıda 29 min 517 baş iribuynuzlu mal-qara, 126 min davar bəslənilir. Cari ilin birinci yarısında heyvandarlıq məhsulları istehsalı üzrə əsas göstəricilərdə artım olub. Belə ki, yarım ildə diri çəkidə 2133 ton ət istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 91,1 ton çoxdur. Süd istehsalı 16,9 faiz artaraq 18 min 585 tona çatıb. Yarım ildə, habelə yumurta istehsalı 1186 ədəd artıb və 10 milyon 427 min ədəd olub.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff