booked.net

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra aktual məsələlərə toxunub.


Laçın-Xankəndi yolundakı aksiyaya münasibət bildirən dövlət başçısı  erməni tərəfin hər vəchlə rəsmi Bakının Qarabağ iqtisadi rayonundakı erməniləri blokadada saxlamaqla bağlı dediklərini tam əsassız və absurd adlandırıb.

Prezidentin müsahibəsində diqqətçəkən məqamlardan biri də budur ki, ölkə rəhbəri erməni tərəfin sülh danışıqlarında qeyi-konstruktiv mövqe göstərməsinə sərt təpki göstərib: “Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər-  heç lazım da deyil. Delimitasiyanı istəmirlər- heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək.”

Prezident İlham Əliyev Zəngəzur dəhlizi və Transxəzər layihəsi ilə bağlı fikirlərini də bölüşüb. Ölkə başçısının  açıqlamasından aydın olur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir.

Dövlətimizin başçısı sosialyönümlü məsələlərə də toxunub və bildirib ki, ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

Prezident İlham Əliyev bu il Azərbaycanda ünvanlı sosial yardımla bağlı hər bir ailəyə düşən müavinətin artırılacağı, orta aylıq əmək haqqının  900 manatdan çox olacağı qənaətini də müsahibəsində qeyd edib: Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlət başçısı deyib: "Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk.” 

Tural Qasımlı
YAP Şamaxı rayon təşkilatının sədri




Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff